GÖYƏRTƏ (lat.Puppis) – göyün Cənub yarımkürəsində bürc. Ağ yol G.-dən keçir. G.-nin ən parlaq ulduzları: ς G.(2,25 ulduz ölçülü) və π G.(2,71 ulduz ölçülü). 19 əsrə qədər G. böyük Aqro Gəmisi bürcünün bir hissəsi olub. Azərb.-ın ərazisində görünür(bax Ulduzlu).










