GÖYGÖL – Azәrb. Resp. Daşkәsәn r-nunda göl. Şәmkir çayı hövzәsindә, Hinaldağdan tәqr. 4 km q.-dә, 2466 m hünd.-dәdir. Uz. 1200 m, maks. eni 500 m, sah. 35 ha-dır. Əsasәn Göygöl çayının suyu ilә qidalanır. Noyabrdan mayadәk donmuş olur. Suvarmada istifadә edilir. Sahilindә meteoroloji st. var.










