GÖYGÖL – Azәrb. Resp. Göygöl r-nunda göl. Ağsu çayının orta axınında, 1553 m hünd.-dәdir. Göygöl Dövlәt Tәbiәt Qoruğu әrazisinә daxildir. Sah. 0,8 km2, uz. 2,5 km, әn geniş yerdә eni 0,6 km, maks. Dәrinliyi 93 m, hәcmi 29,5 mln. m3-ә qәdәrdir. 1139 ildә zәlzәlә zamanı Kәpәz d.-nın bir hissәsinin uçaraq Ağsu çayının qarşısını kәsmәsi nәticәsindә әmәlә gәlmişdir. Dekabrın әvvәllәrindәn aprelin әvvәllәrinәdәk, bәzi illәrdә noyabrdan mayadәk donmuş olur. Sәth sularının orta temp-ru iyul–avqustda 18–20°C-yә çatır. Suyu hidrokarbonatlıkal siumludur. Orta minerallaşma 200–300 mq/l-dir. Şәffaflıq 13 m-ә qәdәrdir. Suyundan Gәncә ş.-nin su tәchizatında istifadә edilir. Sıx dağ meşәlәri ilә әhatә olunmuşdur. G. dağ iqlim kurortu zonasıdır. Turizm inkişaf etmişdir.

Göygöl.










