GÖYGÖL – Azәrb. Resp. Ordubad r-nu (Nax. MR) әrazisindә şirin sulu axarlı göl. Zәngәzur silsilәsinin c. yamacında, 3065 m yüksәklikdәdir. Sah. tәqr.1,5 ha (qarlı illәrdә genişlәnir, yayda kiçilir), dәrinliyi 6,5 m-ә qәdәrdir. Qış aylarında tamamilә donur. Ətrafı sıldırım dağ tirәlәri, çox yerdә çılpaq qayalardan ibarәtdir. Göldәn istirahәt yeri vә su götürmәk üçün istifadә edirlәr. Sağarsu çayı göldәn başlanır.










