GÖYGÖL (XANLAR) BENTONİT GİLLƏRİ YATAĞI – Azәrb. Resp. Göygöl r-nu әrazisindә, Göygöl ş.-ndәn 2,0–2,5 km c.-ş.-dә yerlәşir. Yataq Qazax çökәyinin Üst Tәbaşir çöküntülәri ilә әlaqәdardır; Gillidağ sinklinalının q. qanadında yerlәşir; uz. 4 km, eni 0,5 km-dir. Bentonit gillәri dәyişkәn qalınlıqlı (0,14-dәn 1,5 m-әdәk) laylar şәklindә az meyilli (10–20°) bucaqla c.-ş.-ә (110–130°) yatırlar. Bentonit gillәri tufların hidrotermal dәyişilmәsi nәticәsindә әmәlә gәlmişlәr. Gillәr yumşaqdır, suvaşqandır, açıq yaşılımtıl-boz rәngdәdir. Mineraloji tәrkibini, әsasәn, montmorillonit tәşkil edir. Laborator vә yarımzavod sınaqlar gillәrin yağların tәmizlәnmәsindә, keyfiyyәtli gil mәhlullarının hazırlanmasında istifadәsinin mümkünlüyünü göstәrmişdir.










