GÖYGÜMBƏT – İrәvan xanlığının Zәngibasar mahalında (31.12.1937 ildәn Zәngibasar, 14.1.1969 ildәn Masis r-nu), Zarınca d.-nın yaxınlığında, Zәngi çayının sağ sahilindә azәrb.-ların yaşadığı kәnd. 1918 ildә kәnd ermәni-daşnak hücumuna mәruz qalmış, әhalisi qovulmuş, kәndә Türkiyәdәn gәlmә ermәnilәr yerlәşdirilmişdir. Sovet hakimiyyәti illәrindә kәndin qaçqın әhalisinin bir hissәsi geri qayıtmış, lakin 1948–53 illәrdә Azәrb.-a deportasiya olunmuşlar. 1.12.1949 ildә kәndin adı dәyişdirilәrәk Geğanist qoyulmuşdur.










