GÖYKİLSƏ – İrәvan xanlığının Qırxbulaq mahalında (9.9.1930 ildәn Kotayk, 12.10.1961 ildәn Abovyan r-nu), Hadis d.-nın әtәyindә azәrb.-ların yaşadığı kәnd. 19 әsrin әvvәllәrindә İrәvan xanlığı Rusiya tәrәfindәn işğal edilәrkәn sәngәr әhalisi didәrgin düşmüş, kәnd xaraba qalmışdır. Türkmәn çay müqavilәsindәn (1828) sonra G.-nin qaçqın әhalisinin bir hissәsi geri qayıtmış, lakin onlarla bәrabәr İrandan, Türkiyәdәn gәlmә ermәnilәr dә kәnddә yerlәşdirilmişdir. 1918 ildә ermәni-daşnak qüvvәlәrinin hücumu nәticәsindә, azәrb.-lar kәnddәn qovulmuşdur. Sovet hakimiyyәti illәrindә geri qayıdan azәrb.-lar 1948–49 illәrdә Azәrb.-a deportasiya olunmuşlar. 3.1.1935 ildә kәndin adı dәyişdirilәrәk Kaputan qoyulmuşdur.










