GÖYMƏN Rәngim (d.19.8.1955, İstanbul) – türk dirijoru. İlk musiqi tәhsilini anası, opera müğәnnisi Müәzzәz Göymәndәn almışdır. Ankara Dövlәt Konservatoriyasının fp. (Fәrhundә Erkinin sinfi) vә kompozisiya (İlhan Baran vә Əhmәd Adnan Sayqunun sinfi) bölmәlәrini bitirdikdәn (1974) sonra Hikmәt Şimşәkdәn dirijorluq dәrslәri almışdır. Tәhsilini davam etdirmәk üçün dövlәt tәrәfindәn İtaliyaya (1975–80) göndәrilmişdir. 1980 ildә dirijorların Cino Marinussi ad. beynәlxalq müsabiqәsinin baş mükafatını qazanmışdır. 1981 ildә Türkiyәyә qayıtdıqdan sonra Prezident simfonik ork.-nin dirijorlarından biri olmuşdur. 1984–89 illәrdә Ankara Dövlәt Opera vә Balet Teatrının musiqi rәhbәri, 1991–2006 illәrdә İzmir Dövlәt Simfonik Ork.-nin musiqi rәhbәri vә baş dirijoru, 2007–14 illәrdә Ankara Dövlәt Opera vә Balet Teatrının direktoru işlәmişdir. Bir sıra xarici ölkәdә konsertlәr vermişdir. 2006 ildәn Türkiyәnin Prezident simfonik ork.-nin baş dirijoru vә bәdii rәhbәridir. Pedaqoji fәaliyyәtlә mәşğul olur.











