Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    GÖYÖSKÜRƏK
    GÖYÖSKÜRƏK (fr. coqueluche) – havadamcı antroponozları qrupundan olan kәskin infeksion xәstәlik; qıcolma-spazmatik öskürәk tutmaları ilә xarakterizә olunur. Əsasәn, erkәn vә mәktәbәqәdәr yaşlı uşaqlarda, o cümlәdәn yenidoğulmuşlarda müşahidә edilir. Törәdicisi Bordetella pertussis vә ya Borde–Janqu (onu 1906 ildә ilk dәfә tәsvir etmiş Belçika alimi J.Bordenin vә fr. bakterioloqu O.Janqunun adı ilә) çöpüdür vә onlar yüksәk temp-run, günәş işığının, qurudulmanın vә dezinfeksiya – edici maddәlәrin tәsirindәn tez mәhv olur. İnfeksiya mәnbәyi, әsasәn, xәstәliyin başlanğıcında G.-li xәstәlәr, hәmçinin silinmiş (simptomsuz) vә subklinik formalı G-li xәstәlәrdir. Yoluxuculuq dövrü 4–5 hәftәdir. İnkubasiya dövrü 3 gündәn 15 günә qәdәrdir (çox vaxt 5–8 gün). G.-in törәdicisi yuxarı tәnәffüs yollarının selikli qişasına düşәrәk, silindrik epiteli hüceyrәlәrindә artıb çoxalır vә xırda bronxlara, bronxiollara vә alveollara yayılır, tәnәffüs yollarının selikli qişasının sinir reseptorlarını ekzotoksinlәr qıcıqlandırır, tez bir zamanda qıcolma-spaz matik tutmalar xarakteri alan öskürәk törәdir. Tipik formalı G. lәng gedişli olması ilә sәciyyәlәnmәklә üç dövrә bölünür: kataral, spazmatik vә prosesin sönmәsi dövrü. Kataral dövrdә (1,5–2 hәftә) quru öskürәk meydana çıxır, bәdәn temp-ru azacıq yüksәlir. Spazmatik dövrdә öskürәk tut mayabәnzәr xarakter alır. G.-in yüngül formasında xәstәnin ümumi vәziyyәti pozulmur, bәdәn temp-ru normal olur, öskürәk tutmaları yüngül, gün әrzindә 10–15 dәfә olmaqla, tәnәffüs funksiyaları tam saxlanılır. G.-in orta ağır formasında yuxu, iştaha pozulur, bәdәn temp-ru 38ºC-ә qәdәr yüksәlir. Öskürәk tutmaları gün әrzindә 20–30 dәfәyә qәdәr, uzunmüddәtli olur vә üzün göyәrmәsi ilә (erkәn yaşlı uşaqlarda ümumi sianoz olur) müşayiәt olunur. Ağ ciyәrlәrdә quru vә yaş xırıltılar eşidilir. G.-in ağır forması bәdәn temp-ru nun 38ºC-dәn yuxarı olması ilә sәciyyәlәnir, yuxunun pozulması, iştahanın olmaması, üzün, bәbәklәrin şişkinlәşmәsi qeyd edilir; ağciyәrlәrdә müxtәlif kalibrli çoxlu quru vә yaş xırıltılar olur. Öskürәk tutmaları gün әrzindә 40–50 dәfәyә qәdәr, ağır, uzun sürәn, çoxlu sayda reprizlәrlә (tutma әrzindә 10–15 dәfәyә qәdәr) özünü göstәrir. Tәnәffüs funksiyası kәskin pozulur, ümumi sianoz baş verir, bir yaşa qәdәr uşaqlarda apnoe meydana çıxa bilәr. Tutma zamanı tez-tez burundan qanaxma, skleraya qan sızma, qeyri-iradi sidikburaxma vә defekasiya müşahidә olunur. Tutmanın axırında qatı bәlğәm ifraz olunur, çox vaxt qusma baş verir. G. yenidoğulmuşlarda vә uşağın hәyatınınilk aylarında xüsusilә ağır keçir. Xәstәliyin sönmә dövründә spazmatik öskürәk tutmalarının sayı azalır vә qısa olur, reprizlәr yox olur, bәlğәm ifrazı asanlaşır. Xәstәlik 1,5 aydan 4 aya qәdәr davam edir. Diaqnoz epidemioloji anamnez, xarakterik kliniki mәnzәrә, bakterioloji vә seroloji müayinәlәr (aqqlütinasiya, komplementin birlәşmәsi, passiv hemaqqlütinasiya reaksiyaları) әsasında qoyulur. Ekspresdiaq nostika üçün xәstәliyin erkәn vaxtlarında burun-udlaq seliyindәn götürülmüş yaxmalarda G. törәdicilәrinin tapılmasına imkan verәn immunoflüoresensiya üsulundan istifadә edilir. M ü a l i c ә s i: antibiotiklәr, antihistamin preparatlar; proteolitik fermentlәr vә spazmolitik aerozollarla inhalyasiya; neyroleptik dәrmanlar. G.-in ağır formasında – qlükokortikoidlәr. Ağır formalı vә ağırlaşma vermiş G.-li xәstәlәr hospitalizasiya olunur. P r o f i l a k t i k a s ı: peyvәnd tәqviminә uyğun olaraq uşaqların adsorbsiya olunmuş göyöskürәk difteriyatetanus vaksini (AGDT–vaksin) ilә planlı vaksinasiyası keçirilmiş, xәstәlikdәn sonra davamlı immunitet yaranır.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU