GÖYTƏPƏ – Azәrb. Resp. Ağdam r-nunda kәnd. Göytәpә ә.d.-nin (Göytәpә, Abdınlı, Cavahirli, Kosalar k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 13,5 km şm.-ş.-dә, Qarabağ düzündәdir. Əh. 1125 (2017); işğaldan (1993, iyul) әvvәl heyvandarlıq, pambıqçılıq vә taxılçılıqla mәşğul olmuşdur. Orta vә sәkkizillik mәktәb, 3 uşaq bağçası, 2 klub, 3 kitabxana, ambulatoriya, feldşer-mama mәntәqәsi, taxıltәmizlәmә z-du var idi.










