GÖYTƏPƏ – Azәrb. Resp. Cәlilabad vә Masallı r-nları әrazisindә çay. Uz. 50 km, hövzәsinin sah. 326 km2-dir. Burovar silsilәsindәn başlanır, Qızılağac Dövlәt Tәbiәt Qoruğunun bataqlıqlarında itir. Yağış vә yeraltı sularla qidalanır. Suvarmada istifadә olunur.










