GÖYTƏPƏ – Cәnubi Azәrb.-da Urmiya gölündәn q.-dә Eneolit vә Tunc dövrlәrinә aid yaşayış mәskәni. 7 tәbәqә tәdqiq edilmişdir. Abidәdә aparılan 8 qazıntı sahәsindәn yalnız birindә Kür-Araz mәdәniyyәtinә aid edilәn “K” tәbәqәsinә rast gәlinmişdir. Abidәnin mәrkәzindә yerlәşәn 1-ci qazıntı sahәsindә Kür-Araz mәdәni tәbәqәsi bilavasitә Eneolit dövrünә aid edilәn “M” tәbәqәsinin üzәrindә yerlәşir. E.ә. 4-cü minilliyә aid edilәn alt tәbәqәdәn möhrә evlәrin vә yanmış tavan ağaclarının qalıqları, açıq sarı fonda tünd qәhvәyi naxışlı keramika, çaxmaqdaşıdan әmәk alәtlәri, mis әşyalar vә kömür qırıqları, müxtәlif heyvan fiqurları, üçkünc gil qab, çiy kәrpicdәn hörülmüş böyük divarın bir hissәsi vә s. tapılmışdır. E.ә. 3-cü minilliyә aid tәbәqә üçün cilalanmış qara rәngli, bәzәn relyefli keramika sәciyyәvidir; mis әşyalar geniş yayılmışdır. Bu tәbәqәlәrin mәdәniyyәti Mәrkәzi İran (Sialk) mәdәniyyәtindәn fәrqlәnir vә Cәnubi Qafqaz Eneoliti ilә qovuşur. E.ә. 2-ci minilliyә aid tәbәqәlәrdәn dulus kürәsindә hazırlanmış ikirәngli üzәri tәsvirli keramika tapılmışdır. Daş plitәlәrdәn düzәldilmiş qәbirlәr aşkar edilmişdir. G.-nin üst tәbәqәlәri e.ә. 2-ci minilliyin axırları – 1-ci miniliyin әvvәllәrinә aiddir.

Göytәpә (Cәnubi Azәrbaycan). Silindirik möhür üzәrindә mәrasim sәhnәsinin tәsviri.
Gips. E.ә. 2-ci minilliyin әvvәllәri. Metropoliten-muzey (Nyu-York).

Göytәpә (Cәnubi Azәrbaycan). Üzәrindә tәsvirlәri
olan keramika. Eneolit dövrünün sonları. E.ә. 3800–3500.
Aşmoliean muzeyi (Oksford, B.Britaniya).










