Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    GÖYTƏPƏ YAŞAYIŞ YERİ 
    GÖYTƏPƏ YAŞAYIŞ YERİ – Azәrb. Resp. Tovuz r-nu Aşağı Quşçu k. әrazisindә, Kür çayının sağ sahilinin orta axarında Son Neolit dövrünә (e.ә. 5650–5460 illәr) aid arxeoloji abidә. Sah. tәqr. 1,5 ha, diametri 145 m, hünd. 9 m, mәdәni tәbәqәsinin qalınlığı 11 m-dir. 2008 ildә AMEA-nın Arxeologiya vә Etnoqrafiya İn-tunun Tovuz arxeoloji ekspedisiyası tәrәfindәn tәdqiqinә başlanılmış, 2009 ildә Tokio Un-tinin (Yaponiya) Orta Şәrq arxeologiyası üzrә mütәxәssislәrindәn ibarәt qrup müştәrәk araşdırmalara cәlb edilmişdir. Arxeoloji qazıntılar zamanı, әsasәn, saman qatışıq çiy kәrpicdәn tikilmiş geniş vә kiçik dairәvi tikililәr, ocaq yerlәri olan bir-birinә bitişik evlәr aşkarlanmışdır. Tikililәrin, demәk olar ki, hәr birindә istehsalı әks etdirәn maddi mәdәniyyәt nümunәlәrinә rast gәlinmişdir. Tikililәrin özündә vә hәyәtindә arxeoloji artefaktların aşkarlanması, istifadә olunmuş (hәtta istifadә olunmamış) әmәk alәtlәrinin nizamlı şәkildә evlәrin içәrisindәn tapılması G.y.y. sakinlәrinin inanclarında әmәk alәtlәri ilә bağlı ayinin mövcudluğunu әks etdirir. Fauna qoyun, keçi, donuz vә qaramal qalıqları ilә tәmsil olunur. Tapılmış heyvanların onurğa sümüklәrinin deformasiyası onların әtindәn qida kimi istifadә edildiyini göstәrir. Tәdqiqatlar zamanı xeyli miqdarda buğda vә arpa qalıqlarına, әrzaq mәhsullarının saxlanılması üçün nәzәrdә tutulmuş gil quyuların içәrisindә yovşan bitkisinә rast gәlinmişdir. Ehtimal ki, sakinlәr yovşandan antiseptik dәrman vasitәsi kimi, bitkinin tüstüsündәn isә hәşәratları öldürmәk vә ilanları әrazidәn uzaqlaşdırmaq üçün istifadә etmişlәr. Abidәnin kompleks analizi nәticәsindә yerli әkinçi-maldar tayfaların Orta Şәrqin sinxron mәdәniyyәtlәri ilә sıx tәmasda olduqları müәyyәnlәşdirilmişdir. Obsidian dan (d ә v ә g ö z ü) düzәldilmiş müxtәlif növ kәsici alәtlәrin tәsәrrüfatda geniş istifadәsi, bu materialların trasoloji araşdırmaları nәticәsindә G.y.y. sakinlәrinin yerli obsidian yataqlarından başqa, Cәnub-Şәrqi Anadolu әrazisindәki yataqlardan da istifadә etdiklәri müәyyәnlәşdirilmişdir. Ərazidәn tapılmış obsidiandan düzәldilmiş 4 әdәd ox ucluğunun prototiplәri Suriya әrazisindәki Neolit dövrünә aid Tәllәs-sәbi әl-әbyәd adlandırılan qәdim yaşayış yerinin materialları ilә eynilik tәşkil edir. Abidәnin sümük alәtlәri, әsasәn, bizlәr, iynәlәr, qaşovlar, oraqlar, kürәklәr, maral buynuzundan toxalar, çox sayda balta vә çәkiclәrdәn ibarәtdir; çoxunun üzәrindә çәrtmә zolaqlar, bәzәklәr vә fiqurlu tәsvirlәr vardır. Sümük alәtlәrin bir qismi әkinçilikdә, digәrlәri isә dәri istehsalında heyvan dәrisinin soyulması vә emalı mәqsәdilә istifadә edilmişdir. G.y.y.-nin keramikaları 6 qrupa bölünür: an qoblu, boyalı vә cilalı qablar; bәzәksiz sadә qablar; sәthlәri pardaqlanmış qablar; qabartma bәzәkli qablar; bitumlu qablar; basma naxışlı qablar.
    Əd.: Q u l i y e v F., N i ş i y a k i Y. Sivilizasiyanın başlanğıc nöqtәsi – Göytәpә Neolit dövrü abidәsi. Bakı, 2009.
    Göytәpә yaşayış yeri. Dairәvi planlı tikililәr.
    Göytәpә yaşayış yeri. Sümükdәn hazırlanmış bıçaq, fiqurlu çәkic vә dişli oraq.
    Arxeologiya vә etnoqrafiya institutunun muzeyi.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU