GÖYÜŞOV Nәsib Cümşüd oğlu (d.5.9.1947, Kәlbәcәr) – Azәrb. şәrqşünası, filologiya e.d. (2010). Azәrb. Dövlәt Un-tinin şәrqşünaslıq fakültәsini bitirmişdir (1970). Azәrb. EA Əlyazmalar İn-tunda elmi işçi (1970–80), elmi katib (1980–87), әl yazmaların elmi tәsviri vә kataloqlaşdırılması bölmәsinin müdiri (1987–93), böyük elmi işçi (1993–2004), aparıcı elmi işçi (2004–09), mәtnlәrin nәşrә hazırlanması şöbәsinin müdiri (2009–2015) vәzifәlәrindә işlәmişdir. 2016 ildәn farsdilli әlyazmaların tәdqiqi şöbәsinin müdiridir. Tәdqiqatları orta әsrlәr bәdii-estetik düşüncәsinin elmi-nәzәri vә tarixi-mәdәni tәhlilinә hәsr olunmuşdur. Orta әsrlәr farsdilli vә türk dilli әdәbiyyatı, mәdәniyyәt tarixi, islam estetik nәzәriyyәsi, sufi әdәbiyyatı vә simvolikası, irfan, fәlsәfәyә vә s. dair әsәrlәri fars dilindәn Azәrb. dilinә tәrcümә etmiş vә nәşrini hazırlamışdır. 160-dan çox elmi mәqalәnin, o cümlәdәn 15 kitabın müәllifidir. Bir sıra beynәlxalq simpozium vә konfranslarda iştirak etmişdir.
Ə s ә r l ә r i: Füzulinin sәnәt vә mәrifәt dünyası. Tehran, 1997; Qur’an vә irfan işığında. B., 2004; Milli sәnәtin nәzәri tәhlilinә giriş. B., 2006; Füzuli: Düşüncә vә ruhun poetikası. B., 2011.










