GÖYÜŞOV Rәşid Bahadur oğlu (5.12.1930, Ağdam r-nunun Boyәhmәdli k. – 18.1.1999, Bakı) – Azәrb. arxeoloqu, tarix e.d. (1979). Azәrb. Dövlәt Pedaqoji İntunda tәhsil almışdır (1949–53). Salyan, Ağdam vә Ağcabәdi rayonlarında müәllim, tәdris hissә müdiri vә orta mәktәb direktoru vәzifәlәrindә çalışmışdır (1953–59). 1959 ildәn ömrünün sonunadәk Azәrb. EA Tarix İn-tunda işlәmişdir. 1976 ildә SSRİ EA Dağıstan filialının Tarix, Dil vә Ədәbiyyat İntu tәrәfindәn Cәnubi Dağıstan arxeoloji ekspedisiyasına dәvәt olunmuş, Dәrbәnd, Mәhәrrәmkәnd, Qasımkәnd vә Axtı rayonları әrazisindә xristian abidәlәrini tәdqiq etmişdir. 1980 ildә Tarix İn-tunda onun tә şәbbüsü ilә yaradılan “Yeni tikinti sahәlәrinin arxeoloji tәdqiqi” şöbәsinin müdiri işlәmişdir. Naxçıvanda Araz su qovşağı, Xudafәrin vә Qızqalası su qovşaqları, Yenikәnd vә Şamxor (indiki Şәmkir) SES, Mozdok–Qazımәmmәd qaz kәmәri kimi iri miqyaslı tikinti zonalarının arxeoloji abidәlәri G.-un rәhbәrliyi ilә öyrәnilmişdir. 82 elmi әsәrin, o cümlәdәn bir neçә monoqrafiyanın, elmi-populyar kitabçanın vә dәrsliyin müәllifidir.
Ə s ә r l ә r i: Amaras-Ağoğlan. B., 1975; Христианство в Кавказской Албании. Б., 1984; Средневековый город Шабран. Б., 1985; Arxeologiya vә din. B., 1986.










