GÖYÜŞOV Ziyәddin Bahadur oğlu (20.5.1920, Ağdam r-nunun Boyәhmәdli k. – 9.2.1985, Bakı) – Azәrb. filosofu, fәlsәfә e.d. (1964), prof. (1964), Azәrb. SSR EAnın m. üzvü (1976). Azәrb. Dövlәt Untini (indiki BDU) bitirmişdir (1950). 1976 ildәn Azәrb. SSR EA Fәlsәfә vә Hüquq İn-tunun Fәlsәfә tarixi şöbәsinin, 1981 ildәn Etika şöbәsinin müdiri işlәmişdir. Azәrb.-da fәlsәfi-etik fikir tarixini, dini әxlaq problemlәrini araşdırmışdır. H.Zәrdabinin seçilmiş әsәrlәrini ilk dәfә tәrtib vә çap etdirmişdir. ASE elmi redaksiya şurasının üzvü olmuşdur. Ankara vә İstanbul un-tlәrindә mәruzәlәrlә çıxış etmişdir (1970). Elmi kadrların hazırlanmasında xidmәti var. 160-dan çox elmi mәqalәnin, 10 monoqrafiyanın müәllifidir.
Ə s ә r l ә r i: Azәrbaycan maarifçilәrinin etik görüşlәri. B., 1960; Azәrbaycan maarifçilәrinin әsәrlәrin dә әxlaq mәsәlәlәri. B., 1964; Fәzilәt vә qәbahәt. B., 1972; Daxilә pәncәrә. B., 1978; Sәadәt düşüncәsi. B., 1983.











