Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    “GÖZƏL MÜQAVİLƏ”
    “GÖZƏL MÜQAVİLƏ” – e.ә. 1278 ildә Misir fironu II Ramses ilә hett çarı III Hattuşil arasında bağlanmışdı. Hett çarlığı ilә Misir arasında uzunmüddәtli müharibә hәr iki rәqibi xeyli zәiflәtmişdi. Sülh bağlanmasının tәşәbbüskarı III Hattuşil idi. Uzunsürәn danışıqlardan sonra Hattuşil Ramsesә gümüş lövhәdә yazılmış müqavilәnin layihәsini göndәrmişdi. Ramses hett çarının tәklif etdiyi şәrtlәri qәbul etmiş vә üzәrindә müqavilәnin mәtni olan gümüş lövhәni Hattuşilә göndәrmişdi. Lövhәnin hәr biri dövlәt möhürlәri vә imzalarla tәsdiqlәnmişdi. Müqavilәnin mәtni üç yerdә aşkar edilmişdir: Karnakda, Ramesseyedә (Misir) vә Boğazköydә (indiki Türkiyә). Müqavilә giriş hissәsindәn, әsas maddәlәrdәn vә nәticәdәn ibarәtdir. Giriş hissәsindә qeyd olunur ki, “G.m.”-nin bağlanmasından sonra iki hökmdar arasında daimi sülh, dostluq vә qardaşlıq bәrqәrar edilir. Müqavilәnin maddәlәrindә Hett çarlığının Misir ilә hәrbi (müdafiә vә hücum) ittifaqı, siyasi qaçqınların qaytarılması qeyd olunurdu. Müqavilәnin sonunda Misir vә hett allahlarının müqavilәni pozanlara cәza, sadiq qalanlarına isә cansağlığı vә firavanlıq verәcәklәri haqqında yazılmışdır. Mәktubların vә sәfirliklәrin göndәrilmәsi “G.m.”-nin bağlanmasından sonra da davam etmişdir. Müqavilә sülalә nikahı ilә möhkәmlәn dirilmişdi: Ramses Hattuşilin qızını almışdır. Dövrümüzәdәk gәlib çatmış әn qәdim beynәlxalq sәnәd kimi “G.m.” diplomatiya tarixindә müstәsna әhәmiyyәt kәsb edir. Onun tәrtibatı hәm Qәdim Şәrq ölkәlәri, hәm dә Yunanıstan vә Romada sonradan bağlanan müqavilәlәr üçün nümunә olmuşdur.
    Əd.: История дипломатии. Т. 1, М., 1941, с. 2–3.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU