Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    GÖZƏL YELENA 
    GÖZƏL YELENA – yunan mifologiyasında qeyri-adi gözәlliyә malik Sparta hökmdarı. Atası Zevs, anası Leda, yaxud Nemezida idi. G.Y. ilә evlәnmәk üçün Elladanın hәr tәrәfindәn onlarla mәşhur qәhrәman gәlirdi. Odisseyin mәslәhәti ilә Tindarey (Ledanın әri vә G.Y.-nın dünyәvi atası) özünә vә gәlәcәk kürәkәninә qarşı rәdd edilmiş namizәdlәrin düşmәnçiliyindәn ehtiyatlandığı üçün G.Y.-nın әrinin şәrәfini onlarla birlikdә qorumaq barәdә and içir. Bundan sonra Menelay G.Y.-nın әri seçilir (ehtimal ki, Tindareyin digәr qızı Klitemnestranın әri olan Aqamemnonun tәsiri ilә). Mifin daha geniş yayılmış versiyasına (Homer, Evpirid vә b.) görә, bir müddәtdәn sonra Troya şahzadәsi Parisә himayәdarlıq edәn Afrodita onu sәfәrdә olan Menelayın evinә gәtirir. Gәnc Parisә mәftun olan G.Y. özü ilә xeyli cavahirat vә qul götürәrәk onunla Troyaya qaçmağa razılaşır. Mifin digәr (ehtimal ki, Hesioda aid olan vә e.ә. 6 әsrdә Stesixor tәrәfindәn işlәnilmiş) versiyasına görә, Zevs, yaxud Hera G.Y.-nı onun Troya müharibәsinin başlanmasına sәbәb olmuş kabusu ilә dәyişmişdilәr. G.Y.-nın özü isә Misirә aparılmış vә burada müdrik ağsaqqal Proteyin himayәsi altında Menelayın Troya sәfәrindәn qayıdışını gözlәmişdir. G.Y. obrazı, xüsusilә dә “Yelenanın oğurlanması” süjeti rәssamlıqda (B.Qozzoli, Culio Romano, F. Primatiçço, Y.Tintoretto, İ.H.Tişbeyn vә b.), heykәltәraşlıqda (V.Rossi, P.Püje, A.Kanova vә b.) vә musiqidә (V.Puççitelli, F.Kavalli, F.Çirillo, K.V.Glük, R.Kayzer, K.Sen-Sans, R.Şt -raus, J. Offenbax vә b.), ki nematoqrafiyada geniş әksini tapmışdır. Adına asteroid var.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU