GÖZƏLDƏRƏ, T ü r k G ö z ә l d ә r ә s i – İrәvan qub.-nın Aleksandropol (Gümrü) qәzasında (9.9.1930 ildәn Artik r-nu), Alagöz d.-nın şm. әtәyindә, Qarabulaq çayının sahilindә azәrb.-ların yaşadığı kәnd. 1915 ildә kәndin әhalisi daşnaklar tәrәfindәn qovulmuş vә burada Türkiyәnin Muş vil.-indәn köçürülәn ermәnilәr yerlәşdirilmişlәr. Sonralar buraya Qars vil.-indәn dә çox sayda ermәnilәr köçüb gәlmişdir. 31.5.1946 ildә kәndin adı dәyişdirilәrәk Gehadir qoyulmuşdur.










