GÖZƏLDƏRƏ – İrәvan qub.-nın Aleksandropol (Gümrü) qәzasında (9. 9.1930 ildәn Artik r-nu), Arpa çayı boyunda, Qolqat d.-nın әtәyindә azәrb.-ların yaşadığı kәnd. 1918 ildә kәnd ermәni-daşnak hücumlarına mәruz qalmış, әhalisi qovulmuş vә burada Türkiyәnin Muş, Bitlis, İranın Xoy, Salmas vil.-lәrindәn köçürülәn ermәnilәr yerlәşdirilmişdir. 15.7.1946 ildә kәndin adı dәyişdirilәrәk Gehadzor qoyulmuşdur.










