GÖZƏLLƏMƏ – Azәrb. lirik şeir növü vә aşıq mahnısı. Əsasәn, qoşma vә müxәmmәs formalarında yaradılır. G.-dә qız vә gәlinlәrin gözәlliyi, ağıl vә mәrifәti, qәhrәmanların şücaәti tәrәnnüm edilir. Adı da bununla bağlıdır. G. hәm dastan içindә, hәm dә müstәqil әsәr halında ifa olunur. G.-dәn şifahi vә yazılı әdәbiyyatda geniş istifadә edilir (M.P.Vaqif, Q.Zakir, Aşıq Əlәsgәr, Aşıq Hüseyn Bozalqanlı, Mikayıl Azaflı vә b.).










