Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    GÖZLÜKLÜ AYI
    GÖZLÜKLÜ AYI, e y n ә k l i a y ı (Tremarctos ornatus) – ayıkimilәr fәsilәsindәn mәmәli heyvan; eyniadlı cinsin yeganә müasir növü. Ehtimala görә Pliosen vә Pleystosen dövrlәrindә Şimali Amerikada yaşamış vә nәsli kәsilmiş Florida ayısından (T. floridanus) törәmişdir. Bәdәninin uz. 150–180 sm, quyruğu (demәk olar ki, tüklәrin altından görünmür) 7–10 sm olur. Xәzi uzun vә pırtlaşıqdır. Ümumi rәngi tünd-boz, yaxud qara-qonurdur. Gözlәrinin әtrafında boğazında ağ, yaxud sarımtıl lәkә ilә birlәşәn vә eynәyә bәnzәyәn (adı da buradandır) ağ, yaxud sarımtıl halqalar vardır. Bәzi fәrdlәrdә lәkә yoxdur. Kәllәnin üz hissәsi vә buna müvafiq olaraq burnu çox kiçilmişdir. Fәsilәnin Cәnubi Amerikada yaşayan yeganә növüdür. And d-rının Venesuela, Kolumbiya, Panama, Ekvador, Peru vә Boliviyadakı q. yamaclarında olan dağ meşәlәrindә yaşayır. Biologiyası zәif öyrәnilmişdir. Alaqaranlıq vaxtı fәal olur. Qidasında әn çox müxtәlif bitki yemlәri (kaktuslar, palma qozaları, orxideya yumruları, tökülmüş meyvәlәr vә s.) üstünlük tәşkil edir, heyvani qida (xırda mәmәlilәr, müxtәlif onurğasızlar, yerdә yuvalayan quşlar vә onların yumurtaları, leş) cәmi 5–7%-dir. Yeri gәldikdә yaşlı maralları, lamaları vә mal-qaranı ovlaya (parçalaya) bilir. Tәk-tәk yaşayır, lakin әrazini qorumur. Yaxşı dırmaşa bilir, insanla rastlaşdıqda çox vaxt ağaclara çıxmaqla (dırmaşmaqla) xilas ola bilir. Ağacların üstündә sığınacaq vә qida ehtiyatı yığmaq üçün istifadә etdiyi “platformalar” düzәldә bilir. Şәkәr çuğunduru әkinlәrinә vә taxıl tarlalarına hücum edәrәk bәzi yerlәrdә k.t.-na zәrәr verir. Sayı azdır. Onun populyasiyasının vәziyyәti TTEMBİ-nin Qırmızı siyahısında hәyәcandoğurucu kimi qiymәtlәndirilir.

    Gozluklu ayı (Tremarctos ornatus).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU