GÖZÜN HƏRƏKİ SİNİRİ – kәllә-beyin sinirlәrinin üçüncü cütü. G.h.s.-nin nüvәlәri orta beyindә yerlәşir. Sinir liflәri beyin kötüyündәn beyin ayaqcığının daxili sәthinә çıxır vә mağaralı cibin xarici divarı ilә gedәn siniri әmәlә gәtirir. Yolda ona daxili yuxu arteriyasının simpatik kәlәfinin sinir liflәri birlәşir. G.h.s. göz yuvasının yuxarı yarığından keçәrәk göz yuvasına daxil olur vә gözün yuxarı göz qapağını qaldıran yuxarı düz әzәlәsini, gözün medial vә aşağı düz vә aşağı çәp әzәlәlәrini, kirpikli cismin (gözün akkomodasiyasında iştirak edirlәr) vә gözün qüzehli qişasının (bәbәyi daraldan әzәlә) saya әzәlәlәrini innervasiya edir.










