GÖZÜN REFRAKSİYASI – gözün optik sisteminin dioptriyalarla ifadә olunan şüasındırma qabiliyyәti. Tibdә G.r.-nın mütlәq qiymәti deyil, onun gözün ön-arxa oxunun uzunluğuna nisbәti, yәni – arxa әsas fokus nöqtәsinin tor qişaya görә vәziyyәti – kliniki G.r. әhәmiyyәtlidir. Üç növ klinik G.r. ayırd edilir: mütәnasib vә ya emmetropiya (fokus tor qişa ilә üst-üstә düşür); miopiya vә ya yaxındangörmә; hipermetropiya vә ya uzaqdangörmә. Miopik vә hiper metropik növlәr anomaldır vә ametropiya anlayışı ilә göstәrilir. Hәr iki göz refraksi yasındakı fәrq anizometropiya adlanır. G.r. yaşla әlaqәdar dәyişir: o, yenidoğulmuşlarda normadan azdır, yaşlı insanlarda da azala bilәr (qocalıq uzaqdangörmәsi). G.r. akkomodasiya hesabına arta bilәr. Bax hәmçinin Gözün astiqmatizmi, Görmә, Presbiopiya.










