GURBULAQ – Azәrb. Resp. Daşkәsәn r-nunda kәnd. Gurbulaq ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 10 km şm.-q.-dә, Gurbulaq çayının (Şәmkir çayının qolu) sahilindә, dağ әtәyi әrazidәdir. Əh. 404 (2017); heyvandarlıq, kartofçuluq, bağçılıq vә arıçılıqla mәşğuldur. Ümumi orta mәktәb, kitabxana, klub, tibb mәntәqәsi var.










