GUR-ƏMİR – Sәmәrqәnddә 15 әsrin әvvәllәrinә aid türbә; Orta Asiya memarlığının әn möhtәşәm abidәlәrindәn biri. Teymurun nәvәsi Mәhәmmәd Sultanın mәqbәrәsi kimi onun adına olan mәdrәsә vә xanәgah kompleksinin (14 әsrin sonu – 15 әsrin әvvәllәri; piştağ vә hәyәtin hasarının fraqmenti qalmışdır) daxilindә tikilmişdir (1403–05); 1424 ildә vә sonralar genişlәndirilmişdir; 1947–67 illәrdә bәrpa edilmişdir. Türbәnin 8 üzlü hәcmi silindrik gövdә üzәrindә qurulmuş sferik konusvarı, tilli günbәzlә tamamlanır. Çoxrәngli üzlüyü binaya tәmtәraqlı vә әzәmәtli görkәm verir. İnteryeri oniks panellә (haşiyә) vә göy-qızılı ornamental rәsmlәrlә bәzәdilmişdir. Teymur, Uluqbәy vә b. Teymurilәr G.-Ə.-dә dәfn olunmuşlar. 1941 ildә qәbirlәrin açılması nәticәsindә Teymurun surәti, nәvәsi Uluqbәyin zorakı ölümü vә s. haqqında tarixi mәlumatlar tәsdiqini tapmışdır.

Gur-Əmir türbәsi. Sәmәrqәnd ş.










