GUŞƏ – 1) orta әsrlәr mәqam-muğam musiqi nәzәriyyәsi vә tәcrübәsindә kiçik mәqam-melodik quruluş. Termin 14 әsrdәn mәlumdur. 16 әsrdә 48 G.-dәn (vә ya tәrkibdәn) ibarәt qrup müәyyәn edilmişdir, lakin onların sayı vә adı müxtәlif musiqiçilәrin subyektiv yaradıcılıq meyarı vә imkanlarından asılı olaraq dәyişmişdir. 2) Müasir Azәrb. muğam-dәstgahında adәtәn 2–3 cümlәdәn ibarәt bitkin vokal-instrumental quruluş olur. Melodik cәhәtdәn daha böyük muğam bölmәsi olan şöbә ilә bağlıdır vә onun mәqam әsasına söykәnir. G. şöbә daxilindә vә ya ondan sonra musiqi materialını vә formanı genişlәndirmәk, yaxud qonşu şöbәlәr arasında bir mәqam әsasından digәrinә keçid mәqsәdilә ifa olunur, sәslәnir.










