GÜCDƏVANİ Əbdülxaliq (
) (?, Buxara yaxınlığında Güc dәvan – 1179, yaxud 1220, orada) – Orta Asiya sufizminin görkәmli nümayәndәsi, xacәqan tәriqәtinin banisi. Soy şәcәrәsi atası Əbdülcәmil vasitәsilә Malik ibn Ənәsә (ö.795) çatır. Hәyatı haqqında mәlumat azdır. 22 yaşında Buxaraya gәlәrәk, Yusif Hәmәdaninin müridi olmuşdur. Hәmәdaninin digәr müridi Əhmәd Yәsәvi Buxaradan gedәrkәn irşad vәzifәsini G.-yә tәhvil vermişdir. Hәyatının son dövrünü Gücdәvandakı xanәgahda keçirmişdir. Sağlığında göstәrdiyi bәzi kәramәtlәr sayәsindә mәşhur olan G.-nin adına Şamda (indiki Dәmәşq) da xanәgah qurulmuşdur. G.-nin görüşlәrinin formalaşmasında mәlamәtiyyә vә qәlәndәriyyә tәriqәtlәrinin mühüm rolu olmuşdur. “Risaleyi-tәriqәt”, “Risaleysahibiyyә”, “Vәsiyyәtnamә”, “Əb dülxaliq Gücdәvaninin zikrlәri” adlı әsәr lәri dövrümüzәdәk gәlib çatmışdır. Xacә Övliya Kәbir üçün yazdığı qısa әdәb risalәsi mahiyyәtindә olan “Vәsiyyәtnamә” әsәrindә xәlәflәrini könüllü yoxsulluğa, dünyәvi zövqlәrdәn imtinaya vә ciddi asketizmә çağırmışdır. Tәriqәtin “kәlimati-qüdsiyyә” adlanan sәkkiz әsas prinsipini işlәyib-hazırlamışdır; sonralar Bәhaәddin Mәhәmmәd Nәqşibәndi (1318–89) onlara daha üç prinsip әlavә edәrәk nәqşibәndiyyә, yaxud nәqşibәndiyyә-xacәqan tәriqәtini yaratmışdır. G.-nin adı silsileyi-aliyyәyә (әn böyük mürşidlәr silsilәsi) daxildir.










