GÜFTİ Əli (?, Ədirnә – 1677, ?) – türk şairi vә tәzkirәçisi. Hәyatı haqqında mәlumat azdır. Ədirnәdә tәhsil almış, müәllimlik etmişdir. “Divan”ındakı “Sәlanik sәyahәt namәsi” mәnzumәsinә istinadәn Rumeli vә Sәlanikdә qazı olmuşdur. Hәyatının möhnәt vә yoxsulluq içindә keçdiyi yazdıqlarından mәlum olur. Əsasәn, qәzәl vә rübai janrlarında yazmışdır. Yaşadığı dövrü tәnqid etdiyi 2000 beytlik “Qәmnamә” adlı mәsnәvisindә elm vә fәzilәtin deyil, lәyaqәt sizliyin qiymәtlәndirilmәsindәn gileylәnmişdir. “Divan”ı, “Tәşrifatüş-şüәra” tәzkirәsi, “Zәfәrnamә”, “Şah vә gәda”, “Zәllәnamә” vә s. mәsnәvilәri var.










