GÜL – Yelizavetpol (Gәncә) qub.-nın Zәngәzur qәzasında (9.9.1930 ildәn Meğrirnu), Meğri çayının sahilindә azәrb.-ların yaşadığı kәnd. 1918 ildә ermәnilәr tәrәfindәn dağıdılmış, әhalisi qovulmuşdur. O vaxtdan kәnd ermәnilәşdirilmiş, sovet dövründә isә adı dәyişdirilәrәk Nor Arevik qoyulmuşdur.










