GÜL Qasım Kazım oğlu (31.12.1909, Şamaxı ş.–30.5.1972, Bakı) – Azәrb. coğrafiyaşünası, okeanoloq. Coğrafiya e.d. (1951), prof. (1951), Azәrb. SSR EA m. üzvü (1969). Leninqrad Su Mühәndislәri İn-tunu bitirmişdir (1933). ADU-da fiziki coğrafiya kafedrasının müdiri (1952–58), elmi işlәr üzrә prorektor (1954–57), Azәrb. SSR EA Coğrafiya İn-tunun direktoru (1957–62), Xәzәr problemlәri bölmәsinin rәhbәri (1957–72), SSRİ EA Okeano qrafiya şöbәsi Aral-Xәzәr bölmәsinin vә Azәrb. SSR EA Xәzәr komissiyasının (1953 ildәn ömrünün sonunadәk), Azәrb. SSR Coğrafiya Cәmiyyәtinin (1958–70) sәdri olmuşdur. Əsәrlәri, әsasәn, Xәzәr dәnizinә, Azәrb.-ın fiziki coğrafiyasına hәsr edilmişdir. 100-dәn çox elmi әsәrin, o cümlәdәn bir neçә monoqrafiyanın müәllifidir; Azәrb.-ın fiziki coğrafiyasına dair orta mәktәb dәrsliyi yazmış, elmi kadrların hazırlanmasında xidmәti olmuşdur. G. okeanoloqların 1-ci ümum dünya qurultayında (Nyu-York, 1959) Dünya okeanının sәviyyәsinә aid mәruzә etmişdir. “Şәrәf nişanı” ordeni ilә tәltif olunmuşdur.
Ə s ә r l ә r i: Xәzәr dәnizi Kirov körfәzinin coğrafiyası. B., 1967; Гидрология районов морских нефтяных месторождений Западного побережья Каспийского моря. Б., 1955; Режим волнения, динамика берегов и дна моря у Западного побережья Каспия. Б., 1956.











