GÜLABİ – Azәrb.-ın süfrә üzümü sortu. Naxçıvanda xalq seleksiyası üsulu ilә yetişdirilmişdir. Rәngi tünd-çәhrayıdır. Dişi çiçәklidir. Salxımı iri, konusvarı, şaxәli, seyrәk vә orta sıxlıqdadır. Gilәsi iri vә oval formadadır. Yarpağı beşdilimli, çılpaqdır. Gecyetişәndir.










