GÜLABLI, G ü l ә b d i – İrәvan xanlığının Seyidli-Ağsaxlı mahalında (9. 9.1930 ildәn Abaran, 3.1.1935 ildәn Aparan r-nu), Abaran çayı sahilindә, Ordulu d.-nın әtәyindә azәrb.-ların yaşadığı kәnd. 19 әsrin әvvәllәrindә İrәvan xanlığı Rusiya tәrәfindәn işğal edildikәn sonra kәndin әhalisi qovulmuş vә 1828–30 illәrdә burada İrandan vә Türkiyәdәn köçürülmüş ermәnilәr yerlәşdirilmişdir. 15.7.1946 ildә kәndin adı dәyişdirilәrәk Dzoraqlux qoyulmuşdur.










