GÜLALIYEV Çingiz Gülalı oğlu (13.12.1954, Şamaxı r-nunun Mәlikçobanlı k.) – Azәrb. torpaqşünası, k.t.e.d. (2016). Azәrb. Dövlәt Un-tinin fizika fakültәsini bitirmişdir (1977). 1978–94 illәrdә Azәrb. SSR Nazirlәr Kabineti yanındakı kolxoz-tikinti trestindә baş proqramçı-mühәndis, Azәrb. EA-nın Torpaqşünaslıq vә Aqrokimya İntunun torpaq-bioloji tәdqiqatlar laboratoriyasında müxtәlif vәzifәlәrdә çalışmışdır, 1994 ildәn EA-nın Coğrafiya İn-tunun Şamaxı r-nundakı Pirqulu biocoğrafi tәdqiqatlar stasionarının müdiri, 2009 ildәn Azәrb. Turizm vә Menecment Un-tinin dosentidir. Tәdqiqatları torpaqların hidrofiziki, istilikfiziki vә elektrik-fiziki xassәlәrinin bir sıra amillәrdәn asılılığının öyrәnilmәsinә, alçaq-, orta-, yük sәkdağlıq vә meşәaltı torpaqların formalaşmasına tәsir edәn amillәrin müqayisәli araşdırılmasına hәsr edilmişdir. 150-dәn çox elmi әsәrin, o cümlәdәn 2 monoqrafiya, 1 dәrslik vә 2 metodiki vәsaitin müәllifidir.










