GÜLÇİÇƏKLİLƏR (Rosaceae) – çicәkli bitkilәrin iri f ә s i l ә s i. Ağac, kol vә otlardan ibarәtdir. Yarpaqları mürәkkәb, bәzәn sadә, adәtәn, yarpaqaltlığı ilә birlikdә olur. Çicәklәri mürәkkәb-süpürgәvarıdan salxım şәkilli vә çәtirşәkilliyә qәdәr müxtәlif çiçәk qruplarında, bәzәn tәk-tәk yerlәşir. Çiçәkyanlığı ikiqat, çox nadir hallarda lәçәksiz olur. Erkәkciklәri, adәtәn, 25–100, bәzәn 10–5 vә hәtta 3–1 olur. G.-in әksәriyyәtindә çiçәklәrin xüsusi quruluşu – hipantisi (çiçәkyanlığının әsası vә erkәkcik saplarının bitişmәsindәn әmәlә gәlәn çicәk borusu) olur. Meyvәyarpaqcıqları sәrbәst, yaxud bitişik, onlardakı toxum başlanğıcının sayı müxtәlifdir. Meyvәlәri çalov, çәyir dәkmeyvә, çoxcalovlu, çoxcәyirdәkli, bәzәn hipanti ilә bitişmişdir. Çiyәlәkdә vә bәzi qaytarıncılarda inkişaf edәn çox fındıqcıqlar da vardır. Toxumları iridәn (şaftalı, әrik) çox xırdaya qәdәr vә yüngül (topulqa) olur; çox vaxt mayalanmadan inkişaf edir. G.-ә 115-dәn çox cins vә tәqr. 4 min növ (o cümlәdәn, hibrid mәnşәlilәr) daxildir. Bütün qitәlәrdә vә Dünya okeanı adalarının әsas hissәlәrindә, lakin әksәr növlәr Qolarktikada (Arktika tundralarından subtropiklәrә qәdәr) yayılmışdır. Azәrb.-da 130-a yaxın növü mәlumdur. G. arasında Yer kürәsinin müxtәlif rayonlarında geniş becәrilәn әn qiymәtli meyvә bitkilәrinin çoxlu sortları mәs.; әrik, heyva, albalı, armud, böyürtkәn, çiyәlәk, moruq, badam, şaftalı, gavalı, gilas, alma vә b., hәmçinin qızılgül, zanbaq, topulqa kimi dekorativ bitkilәr vardır. Bir çox G. qiymәtli dәrman bitkilәridir; onların arasında qarameyvәli aroniya, yemişan, sincanotu, qaytarma (o cümlәdәn, kalqan), üvәz, topulqa da vardır.










