GÜLDƏRVİŞ – İrәvan xanlığında Vedibasar mahalının (9.9.1930 ildәn Vedi, 15.5.1968 ildәn Ararat r-nu) Millidәrә bölgәsindә azәrb.-ların yaşadığı kәnd. 1918 ilin mayında ermәni daşnaklarının Milli dәrә kәndlәrinә hücumu zamanı әhalisi damlara doldurulub yandırılan 7 azәrb. kәndindәn biri. Kәndin kәnarında Güldәrviş adlı müsәlman ziyarәtgahı var idi.










