GÜLƏBİRD – Azәrb. Resp. Laçın r-nunda kәnd. Gülәbird ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 18 km c.-da, Hәkәri çayının sahilindә, dağ әtәyindәdir. Əh. 1636 (2018); işğaldan (1992, may) әvvәl heyvandarlıq vә әkinçiliklә mәşğul olmuşdur. Tam orta mәktәb, uşaq bağçası, kitabxana, Sarı Aşıq xatirә muzeyi, klub, xәstәxana, poçt mәntәqәsi, 2 çörәkbişirmә kombinatı, 7 mağaza vә iaşә obyekti var idi. Hazırda tam orta mәktәb, 2 kitabxana vә muzey resp.-nın müxtәlif bölgәlәrindә fәaliyyәtini davam etdirir.










