GÜLƏHMƏDOV Saib Qurban oğlu (8.01.1966, Gürc. Resp., Bolnisi r-nunun Kәpәnәkçi k.) – Azәrb. biokimyaçısı. Biologiya e.d. (2016). Azәrb. Dövlәt Un-tini (BDU) bitirmiş (1989), “Biotexnologiya” elmi-tәdqiqat laboratoriyasında başlaborant (1989), Biokimya vә biotexnologiya kafedrasında müәllim (1994–96), baş müәllim (1996–2001), 2001 ildәn dosent vәzifәlәrindә çalışmışdır. 2003–2015 illәrdә Qrant layihәlәri çәrçivәsindә bir sıra xarici ölkәlәrdә elmi ezamiyyәtdә (Türkiyә, Fransa, Belçika, Bolqarıstan, İngiltәrә, Çexiya) olmuş vә elmi tәdqiqatlarını davam etdirmişdir. Tәdqiqatları әsasәn, şirәli meyvәlәrdә pentozo-fosfat tsiklinin tәnzimlәyici fermentlәrinin vә meyvәlәrin yetişmәsi prosesindә onların roluna, süd turşusu bakteriyalarının antimikrob xassәli metabolitlәri vә onların praktiki әhәmiyyәtinә hәsr edilmişdir. Elmi kadrların hazırlanmasında xidmәti var. 170-dәn artıq elmi әsәrin, o cümlәdәn 1 dәrslik, 4 dәrs vәsaitinin müәllifidir.










