GÜLƏLİYEV Oqtay Gülәli oğlu (10.11.1962, Laçın r-nunun Xaçınyalı k. – 19.9.1992, Laçın r-nunun Hocaz k.) – Azәrb.-ın Milli Qәhrәmanı (ölümündәn sonra, 11.5.1993). Başçılıq etdiyi rota Daşaltı әmәliyyatı zamanı mühasirәyә düşmüş 80 nәfәr azәrb. әsgәri tәhlükәsiz zonaya çıxarmağa müvәffәq olmuş, Pircahan k. yaxınlığında ağır yaralanmışdı. G.-in rotası Laçın dәhlizi uğrunda ağır döyüşlәrdә Hocaz k.-ni vә Nәrgiz yüksәkliyini әlә keçirmişdi. Mühasirәyә düşmüş, yoldaşlarının bir hissәsini tәhlükәsiz yerә köçürsәdә, özü hәlak olmuşdur. Bakı ş.-n dәki Şәhidlәr Xiyabanında dәfn edilmişdir.











