GÜLƏZİ – Azәrb. Resp. Quba r-nunda kәnd. Gülәzi ә.d.-nin (Gülәzi, Afurca, Atuc, Aydınkәnd, Dalaqo, Fırıq, Xanagahyolu, Xırt, Kunxırt, Ruçuq k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 23 km c.-ş.-dә, Vәlvәlә çayının sahilindәdir. Əh. 980 (2017); heyvandarlıqla mәşğuldur. Ümumi orta mәktәb, tibb mәntәqәsi var. Kәnddә orta әsrlәrә aid Qalayeri yaşayış yeri aşkar edilmişdir.










