GÜLXANİ Mәhәmmәd Şәrif (?–?) – özbәk şairi (18 әsrin sonları–19 әsrin әvvәllәri). Tacik vә özbәk dillәrindә yazmışdır. Kokand xanının sәrbazı olmuşdur. Yaradıcılığı xalq poeziyasına yaxındır. Özbәk әdәbiyyatında tәmsilin yaradıcısıdır. İctimai motivlәr, o cümlәdәn sosial әdalәtsizlikdәn şikayәt, adil hökmdar arzusu G. poeziyasının mövzusunu tәşkil edir. Şeirlәrindә xalqın acınacaqlı güzәranından bәhs olunur, mәrhәmәt vә әdalәt kimi insani keyfiyyәtlәr tәrәnnüm edilir. “Zәrbi-mәsәllәr vә qәzәllәr” toplusu zәrbi-mәsәllәr әsasında yazılmış tәmsillәrdәn ibarәtdir. “Bayquş haqqında hekayәlәr” adlı satirik nәsr әsәri var.
Ə s ә r l ә r i: Избр. произведения. Ташкент. 1951; Зарбулмасал ва газаллар. Тошкент, 1960.










