GÜLQƏND – şirniyyat mәhsulu. G. hazırlamaq üçün yabanı qızılgül, hәmçinin itburnu çiçәyinin lәçәklәrini qәnd tozu (0,5 kq güllәçәyinә 2 kq şәkәr tozu) vә ya balla ovxalayıb bәrnilәrә doldurur vә günәş altında saxlayırlar. 20–30 gündәn sonra hazır olur. Bәzәn әdviyyatda qatırlar. Yüksәk kalorili vә әtirlidir. İstәnilәn vaxt G.-dәn qızılgül mürәbbәsi hazırlana bilәr. Xalq tәbabәtindә G.-dәn ümumi zәifliyin, qanazlığının, başgicәllәnmәnin vә s.-nin qarşısını almaq üçün istifadә edilir. Şәrq ölkәlәrindә, o cümlәdәn Azәrb.-da geniş yayılmışdır.










