GÜLLƏ – atıcılıq, ov vә idman silahları üçün olan patronların uc (baş) hissәsi. G., әsasәn, qılaf, qurğuşun “köynәk” vә polad özәkdәn ibarәtdir. Atıcılıq G.-si kiçik (6,5 mm-dәk), normal (7,5–7,69 mm) vә iri (12,7–15 mm) kalibrli olur. Adi (canlı qüvvәlәri mәhv etmәk üçün) vә xüsusi G.-lәr (yandırıcı G., zirehdәlәn G., işıqsaçan G.) var. Zirehdәlәn-yandırıcı-işıqsaçan G.-lәr dә işlәdilir. Ov silahları G.-si, adәtәn, ikielementli (qılaf vә qurğuşun özәkli) olur; girdә vә xüsusi növlәri var. Kiçik kalibrli (5,6 mm) ov G.-lәri qılafsızdır, tamamilә qurğuşundan hazırlanır. Belә G.-lәr xırda heyvanların (dәlә, samur) ovlanmasında, hәmçinin biatlon vә atıcılıq yarışlarında istifadә edilir. Snayper tüfәnglәri üçün olan G. hәndәsi formanın dәqiqliyi nәzәrә alınmaqla xüsusi hazırlanır, yüksәk döyüş sıxlığına malikdir, çәki balansının dәyişmәmәsi üçün, demәk olar ki, rәnglәnmir, çoxlu sayda növlәri var. Zirehdәlәn G.-lәrin özәyi bәrk әrintilәrdәn, poladdan hazırlandığından yüksәk dәlmә qabiliyyәtinә malikdir. Yandırıcı vә ardınca işıqlı iz buraxan G.-lәr dә әlavә kimyәvi tәrkiblәr dә olur. Pnevmatik silahlar üçün, әsasәn, kiçik vә orta kalibrli G.-lәr (hamarlülәli tüfәnglәrdә girdә polad G.; yivli tüfәnglәrdә qurğuşun, alü minium, plastik G. vә s.) istifadә edilir.










