GÜLLÜCƏ – İrәvan xanlığının Abaran mahalında (9.9.1930 ildәn Abaran, 3.1.1935 ildәn Aparan r-nu), Abaran çayının sahilindә azәrb.-ların yaşadığı kәnd. 19 әsrin әvvәllәrindә İrәvan xanlığı Rusiya tәrәfindәn işğal edildikәn sonra kәndin әhalisi qovulmuş vә 1828–30 illәrdә burada İrandan, Türkiyәdәn köçürülmüş ermәnilәr yerlәşdirilmişdir. 15.7.1946 ildә kәndin adı dәyişdirilәrәk Vardenis qoyulmuşdur.










