GÜLLÜCƏ, G ü l a b l ı – İrәvan qub.-nın Aleksandropol (Gümrü) qәzasında (9.9. 1930 ildәn Amasiya r-nu), Arpa gölünün şm. sahilindә azәrb.-ların yaşadığı kәnd. 1918–20 illәrdә ermәni daşnakları tәrәfindәn kәnd dağıdılmış, әhalisi isә Türkiyә әrazisinә sığınmışdır. Bölgәdә Sovet hakimiyyәti qurulduqdan sonra kәndin qaçqın әhalisi geri qayıtmış vә kәndi bәrpa etmişdir. 1988 ildә kәndin әhalisi ermәnilәr tәrәfindәn hücumlara mәruz qalaraq, Azәrb.-a deportasiya olunmuşdur.










