GÜLLÜDƏRƏ – Türkiyәdә Ərzurum düzәnliyindә tarixi abidә. İki mәrhәlә [Dәmir dövrü (e.ә. 900-cü – eramızın 300-cü illәr) vә erkәn orta әsrlәr] izlәnilir. Saxsı qabların üslub bәnzәrliyi burada yaşayan әhalinin Tetikom vә Tasmasor әrazilәri ilә mәdәni vә ticari әlaqәlәrini sübut edir. Hәr iki mәskunlaşma dövrünә çoxsaylı tikili bünövrәlәri aiddir, yaxınlıqda mәzarlıq var. G.-dә aşkarlanmış 44 qәbirdәn 10-u Dәmir dövrünә aiddir. Dәfn qaydaları Şәrqi Anadolu üçün sәciyyәvidir; ölülәri böyük saxsı vә ya gil küpün içәrisindә şәxsi әşyaları (daş, saxsı, metal) ilә birlikdә dәfn edirdilәr. Üzәrindә simvolik at tәsviri olan daş möhür, ehtimal ki, sinәdәn asılırdı. Uşaqlar, әsasәn, küp qәbirlәrdә, yaşlı insanlar isә torpaqda bükülü vәziyyәtdә, şm.-dan c.-a istiqamәtlәnmiş şәkildә dәfn edilmişdir. G.-nin ellin üslubunda inşa edilmiş orta әsrlәr dövrü tikililәri çox zәdәlәnmişdir. Qәbirlәr sadәdir. Bir neçә xristian qәbirüstü daş kitabәlәr tapılmışdır.
Əd.: Boru kәmәrlәri dәhlizindә keçmiş vә gәlәcәk irs, s.166.










