GÜLLÜK – Azәrb. Resp. Qax r-nunda kәnd. Güllük ә.d.-nin (Güllük, Qapıçay kәndlәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 18 km şm.-q.-dә, Qanıx-Əyriçay çökәkliyindәdir. Əh. 2525 (2017); әkinçilik vә heyvandarlıqla mәşğuldur. Tam vә ümumi orta mәktәb, uşaq bağşası, tibb mәntәqәsi var. Yaşayış mәntәqәsi 17 әsrdә Dağıstanın Saxur kәndindәn köçüb gәlmiş ailәlәrin mәskunlaşması nәticәsindә yaranmışdır. Toponim “gül-çiçәk olan әrazi” mәnasındadır. Kәnddә 4 әsrә aid alban kilsәsi, 15 әsrә aid ovdan-kәhriz, 15–16 әsrlәrә aid Pәriqalası, 18 vә 19 әsrlәrә aid mәscid var.










