GÜLLÜTƏPƏ – Azәrb. Resp. Masallı r-nun da kәnd. Güllütәpә ә.d.-nin (Güllütәpә, Əmir türbә, Köhnә Zuvand, Tatyana oba, Yeni Zuvand, Yolağac k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 7,3 km q.-dә, Burovar silsilәsinin şm.-ş. әtәyindәdir. Əh. 2486 (2017); әkinçilik vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, tibb mәntәqәsi, kitabxana, ATS, klub, 2 mәscid var.










