GÜLMƏXMƏR – yüksәkkeyfiyyәtli ipәkdәn toxunmuş bәdii parça. Saya yerliyindә zәrif xovlu gül bәzәklәri olan G., әsasәn, qadın üst geyimindә istifadә edilir. Hәlә orta әsrlәrdәn Şәrq ölkәlәrindә, o cümlәdәn Azәrb.-da geniş yayılmışdır. Azәrb.-da (Tәbriz, Bәrdә, Gәncә, Şәki vә s.) istehsal olunan G. bir sıra xarici ölkәlәrә dә ixrac edilirdi.










