GÜLMƏMMƏDLİ – Azәrb. Resp. Cәlilabad r-nunda kәnd. Gülmәmmәdli ә.d.-nin (Gülmәmmәdli, Ətcәlәr, Mәmmәdcanlı, Şükürlü k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 20 km şm.-q.-dә, Burovar silsilәsinin әtәyindә, İncәçayın sahilindәdir. Əh. 3765 (2017); әkinçilik vә heyvandarlıqla mәşğuldur. Tam vә ümumi orta mәktәb, kitabxana, tibb mәntәqәsi, poçt var.










